Gürcüstan, Tbilisi, 24 avqust / Trend , müxbir N.Kirtsxaliya /
Əfqanıstana gödərilməmişdən öncə Gürcüstanın hərbi kontingenti üçün treninqlər keçirən amerikalı təlimatçılar Gürcüstandadırlar. Bu barədə jurnalistlərə ənənəvi bazar ertəsi brifinqində Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov bildirib.
Onun sözlərinə əsasən, Gürcüstan sülhməramlılarının Əfqanıstana göndərilməsini ölkənin xarici işlər naziri Qriqol Vaşadze bu günlərdə Tbilisidə səfərdə olan ABŞ Dəniz Piyada Qüvvələrinin komandiri, general Ceyms Konvey ilə müzakirə edib.
Görüş zamanı tərəflər həmçinin Gürcüstan-Amerika ikitərəfli münasibətlərinin geniş spektrini və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti müzakirə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]