Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycan Yaşıllar Partiyasının üzvləri cari ildə keçiriləcək bələdiyyə seçkilərində fərdi qaydada iştirak edəcəklər, Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev cümə axşamı Trend Neüs-a deyib.
Güləliyevin sözlərinə görə, partiyanın 50-dən çox üzvü seçkilərdə namizədliyini irəli sürəcək.
Azərbaycan Yaşıllar Partiyası seçkilərdə Ümid Partiyası ilə bir blokda iştirak etmək niyyətində olub. Danışıqların müəyyən mərhələsində Ümid Partiyası Yaşıllar Partiayasının nümayəndələri ilə əlaqələri kəsib. "Onsuz da əhali bələdiyyə seçkilərində partiyaya yox, ayrı-ayrı namizədlərə səs verir. Biz belə nəticəyə gəlmişik ki, seçkilərdə partiya və ya blok adından iştirak etmək əhəmiyyət kəsb etməyəcək", - partiya sədri deyib.
Azərbaycan Yaşıllar Partiyası 2006-ci ilin dekabrında yaradılıb. Partiya hələ də Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]