...

Avropa Komissiyası Sumqayıt şəhər İcra Hakimiyyətinə "Merlər Sazişi"nə qoşulmağı təklif edib

Siyasət Materials 6 Noyabr 2009 12:52 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən cümə günü Trend News-a verilən məlumata görə, Avropa Komissiyasının Energetika və Nəqliyyat üzrə baş direktorunun müavini Fabrisio Barbasonun dəvəti ilə Sumqayıt şəhərinin nümayəndə heyəti Belçika Krallığının Brüssel şəhərində səfərdə olub.
Avropa Komissiyası Sumqayıt şəhər İcra Hakimiyyətinə "Merlər Sazişi"nə qoşulmağı təklif edib

Azərbaycan, Bakı, 6 noyabr / Trend , muxbir K.Zərbalıyeva/ Avropa Komissiyası Sumqayıt şəhər İcra Hakimiyyətinə "Merlər Sazişi"nə qoşulmağı təklif edib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən cümə günü Trend -a verilən məlumata görə, Avropa Komissiyasının Energetika və Nəqliyyat üzrə baş direktorunun müavini Fabrisio Barbasonun dəvəti ilə Sumqayıt şəhərinin nümayəndə heyəti Belçika Krallığının Brüssel şəhərində səfərdə olub.

Noyabrın 3-dən 5-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti Avropa Komissiyasının "Merlər Sazişi" adlı təşəbbüsünə həsr olunmuş ilk iclasda iştirak edib. Tədbirdə Sumqayıt şəhərinin nümayəndə heyəti ilə yanaşı, Gürcüstan, Moldova və Ukraynanın şəhərlərinin rəsmi nümayəndələri də iştirak ediblər.

İclas zamanı "Bərk məişət tullantılarının idarəçiliyində Sumqayıt modeli" adlı təqdimat nümayiş etdirilib, metan qazının istehsalatda və təsərrüfatda istifadəsini nəzərdə tutan texnoloji prosesin konseptual əsasları barədə iştirakçı ölkələrə ətraflı məlumat verilib.

Avropa Komissiyası 2008-ci ilin fevral ayında yerli idarəetmə orqanlarının karbon qazının azaldılmasında rolunun gücləndirilməsini nəzərdə tutan "Merlər Sazişi" adlı təşəbbüslə çıxış edib. "Merlər Sazişi" təşəbbüsü cari ildə Azərbaycanın da iştirakçısı olduğu yeni tərəfdaş ölkələr ilə Avropa İttifaqı arasında imzalanmış Şərq tərəfdaşlığı proqramının prioritet tədbirləri siyahısına daxil edilib. Hazırda bu təşəbbüsə Qərbi və Şərqi Avropanın 800-dən çox şəhəri qoşulub.

"Merlər Sazişi" təşəbbüsünə yeni qoşulmaq istəyən ölkələr üçün 2010-cu ilin mart ayında imzaatma mərasiminin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti