...

GUAM ölkələrinin hüquq-mühafizə orqanları qarşılıqlı əlaqələri gücləndirirlər

Siyasət Materials 12 Noyabr 2009 16:20 (UTC +04:00)
GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri XİN rəhbərlərinin və xüsusi xidmət orqanları rəhbərləri müavinlərinin Tbilisidəki ikigünlük görüşü cümə axşamı başa çatıb.
GUAM ölkələrinin hüquq-mühafizə orqanları qarşılıqlı əlaqələri gücləndirirlər

Gürcüstan, Tbilisi, 12 noyabr / Trend , müxbir N.Kirsxaliya/

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri XİN rəhbərlərinin və xüsusi xidmət orqanları rəhbərləri müavinlərinin Tbilisidəki ikigünlük görüşü cümə axşamı başa çatıb.

Tərəflər terrorizmə qarşı birgə mübarizə, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni narkotik dövriyyəsi və digər aktual məsələlər barədə müzakirələr aparıblar. Bu barədə Gürcüstan XİN-dən bildirilib.

Hüquq-mühafizə strukturlarının koordinasiyasını gücləndirməkdən ötrü 2010-cu il üçün iş planı tərtib edilib. Məlumat mübadiləsi və onun analizi ilə bağlı vəziyyətin təkmilləşdirilməsi qərara alınıb.

2009-cu ildə GUAM ölkələri birgə "Narkostop" və "Yaxalama" (narkotikdaşıma əlyehinə) əməliyyatları keçiriblər və yekun nəticələri açıqlayıblar.

Məqalə üəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti