...

Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı qeydə alınanların təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılıb - MSK sədri

Siyasət Materials 24 Noyabr 2009 18:24 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı qeydə alınanların təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılıb. Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı Avropa Şurası Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun nümayəndə heyəti ilə görüşündə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı qeydə alınanların təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılıb - MSK sədri

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı qeydə alınanların təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılıb. Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı Avropa Şurası Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun nümayəndə heyəti ilə görüşündə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

"Aqo" monitorinq qrupunun nümayəndə heyəti noyabrın 23-dən Azərbaycanda səfərdədir. Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. Noyabrın 25-dən bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilir.

MSK sədri bildirib ki, 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

"Seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımlar bundan sonra da atılacaq və seçkidə iştirak edən vətəndaşların seçki hüquqları tam təmin olunacaq", - Pənahov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti