...

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Kralına başsağlığı verib

Siyasət Materials 28 Noyabr 2009 16:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Abdullah Bin Əbdüləziz Al Səuda başsağlığı verib
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Abdullah Bin Əbdüləziz Al Səuda başsağlığı verib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanında baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

"Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, Səudiyyə Ərəbistanının bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - deyə başsağlığında bildirilir.

Xəbər lenti

Xəbər lenti