...

Gürcüstan tərəfi Haaqa Beynəlxalq məhkəməsi ilə əməkdaşlığa hazırdır

Siyasət Materials 27 Yanvar 2010 19:05 (UTC +04:00)
Gürcüstan tərəfi bu yaxınlarda ölkəyə səfər edəcək Haaqa Beynəlxalq məhkəməsinin nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu bəyan edir.
Gürcüstan tərəfi Haaqa Beynəlxalq məhkəməsi ilə əməkdaşlığa hazırdır

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan tərəfi bu yaxınlarda ölkəyə səfər edəcək Haaqa Beynəlxalq məhkəməsinin nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu bəyan edir. Bunu Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili jurnalistlərə deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəfinin təşəbbüsü məhz Haaqa məhkəməsinin avqust müharibəsinin təhqiqatını aparması ilə bağlı olub.

"Bu məsələyə görə biz Haaqa məhkəməsinə iddia irəli sürmüşük", - Yakobaşvili bildirib.

Onun sözlərinə əsasən, bu mənada məhkəmə nümayəndələrinin Gürcüstana gəlməsi çox vacibdir. Gürcüstan tərəfi məhkəmə nümayəndələrini maraqlandıran bütün məlumatları onlara təqdim edəcək.

Əldə olan məlumata əsasən, Haaqa məhkəməsinin istintaq qrupu fevralın əvvəlində Gürcüstana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti