...

Belçika Senatının sədri bu yaxınlarda Gürcüstana səfər edəcək

Siyasət Materials 29 Yanvar 2010 14:04 (UTC +04:00)
Gürcüstan Parlamentinin spikeri David Bakradze və Belçika Senatının sədri Arman de Dekeranın görüşündə Gürcüstanda həyata keçirilən demokratik islahatlar, işğal olunmuş ərazilərin vəziyyəti və Avropa qurumları ilə aktiv əməkdaşlıq müzakirə edilib.
Belçika Senatının sədri bu yaxınlarda Gürcüstana səfər edəcək

Gürcüstan, Tbilisi, 29 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin spikeri David Bakradze və Belçika Senatının sədri Arman de Dekeranın görüşündə Gürcüstanda həyata keçirilən demokratik islahatlar, işğal olunmuş ərazilərin vəziyyəti və Avropa qurumları ilə aktiv əməkdaşlıq müzakirə edilib.

Parlamentin mətbuat xidmətinin Trend - a bildirdiyi kimi, bu yaxınlarda Arman de Deker ilə birlikdə Belçika Senatının nümayəndə heyəti Gürcüstana səfər edəcək.

"Cari ilin ikinci yarısında Aİ-yə sədrlik edəcək Belçikanın Gürcüstanı Avroatlantik qurumlarında dəstəkləmək məsələsində imkanları bizim üçün mühüm əhəmiyyət kəsb edir", - Bakradze bildirib.

Bu gün Gürcüstan Parlamentinin spikerinin Lüksemburqdakı görüşləri davam edir.

Bakradzenin bəyanatına əsasən, Aİ -nin hər bir üzvünün dəstəyi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir.

Gürcüstan spikeri lüksemburqlu həmkarı ilə görüşəcək və parlamentin beynəlxalq əlaqələr komitəsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti