...

Azərbaycan Prezidenti Qəbələ rayonuna gəlib

Siyasət Materials 27 Fevral 2010 13:35 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Qəbələ rayonuna gəlib. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Qəbələ rayonuna gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Qəbələ rayonuna gəlib. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qəbələ rayonunda da hərtərəfli inkişafa təkan vermişdir. İstər rayon mərkəzi, istərsə də kənd və qəsəbələr müasir görkəm alır. Son illərdə Qəbələ rayonunun da iqtisadiyyatı sürətlə inkişaf edir. Rayonda 2009-cu ildə ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2,1 dəfə, sənaye məhsulu istehsalı 21 dəfə, kənd təsərrüfatı məhsulları isə 2 dəfə artmışdır. Həmin dövrdə əsas kapitala yönəldilən investisiyaların məbləği 32 dəfə artaraq 23 milyon manatı keçmişdir. Rayonda istehsal edilən sənaye məhsullarının 25 faizi xaricə ixrac olunur. 2003-2009-cu illərdə rayondakı 451 müəssisədə 6483-ü daimi olmaqla 8271 yeni iş yeri yaradılmışdır. Qəbələ rayonunun zəngin turizm potensialının reallaşdırılması üçün dövlətimizin başçısının tapşırığına əsasən kompleks tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Xəbər lenti

Xəbər lenti