...

GUAM ölkələrinin mədəniyyət və turizm nazirləri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 10 Aprel 2010 12:18 (UTC +04:00)
Mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün GUAM üzv ölkələrinin sözügedən sahə üzrə nazirləri iyun ayında Bakıda toplaşacaqlar.
GUAM ölkələrinin mədəniyyət və turizm nazirləri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir S.Ağayeva/

Mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün GUAM üzv ölkələrinin sözügedən sahə üzrə nazirləri iyun ayında Bakıda toplaşacaqlar. Bu barədə GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın katibliyindən Trend-ə bildirilib.

GUAM-ın baş katibi Valeri Çeçelaşvili Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak ilə qarşıdakı görüşü müzakirə edib. Görüş zamanı Yaponiya ilə tərəfdaşlıqda GUAM-ın birgə turizm məhsulları layihəsinin implementasiya prosesi müzakirə olunub. Turizm sahəsində regiona investisiyaların cəlb edilməsini artırmaq üçün əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin mədəniyyət sahəsində GUAM layihələrinin, xüsusən də birgə sərgilərin, nəşrlərin və tematik gecələrin təşkilinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

GUAM formatı 1997-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq sammiti ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" kimi elan olunması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti