...

"Kuwait Times" qəzetində "Heydər Əliyev: Azərbaycanın Ümummilli lideri" adlı geniş məqalə dərc edilmişdir

Siyasət Materials 9 May 2010 16:59 (UTC +04:00)
Cari ilin 6 may tarixində ulu öndər Heydər Əliyevin 87-ci ildönümü münasibətilə Səfir Şahin Abdullayevin Körfəz regionu və Yaxın Şərqin aparıcı gündəlik ingilisdilli qəzeti olan “Kuwait Times”-da “Heydər Əliyev: Azərbaycanın Ümummilli lideri” adlı geniş məqaləsi dərc edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Əl-Kuveyt səfirliyinin press-relizində deylir.
"Kuwait Times" qəzetində "Heydər Əliyev: Azərbaycanın Ümummilli lideri" adlı geniş məqalə dərc edilmişdir

Cari ilin 6 may tarixində ulu öndər Heydər Əliyevin 87-ci ildönümü münasibətilə Səfir Şahin Abdullayevin Körfəz regionu və Yaxın Şərqin aparıcı gündəlik ingilisdilli qəzeti olan "Kuwait Times"-da "Heydər Əliyev: Azərbaycanın Ümummilli lideri" adlı geniş məqaləsi dərc edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Əl-Kuveyt səfirliyinin press-relizində deylir.

Məqalədə Səfir Ş.Abdullayev Azərbaycan xalqı tərəfindən hər il dərin hörmət və sevgi hissi ilə ümummilli lider Heydər Əliyevin ildönümünün qeyd olunduğunu vurğulayaraq, dərin zəka, bilik, təcrübə və uzaqgörənliyə malik bir dövlət xadimi və şəxsiyyət kimi Heydər Əliyevin şərəfli həyat yolu barədə oxuculara ətraflı məlumat verir.     

Heydər Əliyevin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitənin Birinci Katibi və Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər kabinetinin Sədrinin müavini kimi mühüm vəzifələrdə çalışdığını qeyd edən müəllif qətiyyətli iradəyə malik olan bir şəxs kimi Heydər Əliyevin 1987-ci ildə SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun siyasətinə etiraz olaraq, vəzifəsindən istefa verdiyini qeyd edir.

Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə mühüm inkişafa imza atdığını və SSRİ-nin ən inkişaf etmiş respublikalarından biri olduğunu yazan Səfir SSRİ-in yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman kimi Heydər Əliyevin ərəb-müsəlman dünyasının yaxın dostu hesab olunduğu və ərəb-müsəlman dünyasının üzləşdiyi problemlərin həllinə daim töhfə verdiyi və yardımçı olduğunu vurğulayır.

Məqalədə müəllif tərəfindən 1990-cı il 20 yanvar faciəsi ilə əlaqədar xalq ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyi qarşısında Sovet hökumətinin qanlı siyasətinə etiraz edən Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və istəyi ilə müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycanın rəhbərliyinə bir daha qayıtdığı vurğulanır.

Belə bir çətin və gərgin zamanda hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğu bildirilir.

Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətinin  nəticəsi olaraq, Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, Azərbaycanın yeni Neft strategiyasının əsasının qoyulduğu və "Əsrin müqaviləsi"nin imzalandığı və tarixi İpək Yolunun bərpa olunduğu müəllif tərəfindən oxucuların diqqətinə çatdırılır.

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası haqqında ətraflı məlumat verən müəllif bu siyasətin nəticəsi olaraq, bu gün Azərbaycanın neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Azərbaycanın Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını nəzərə çatdırır.

Səfir Ş.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu qeyd edir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatlar və fəal xarici siyasətin nəticəsi olaraq, Azərbaycanın regional lider dövlətə çevrildiyini vurğulayır.

Xəbər lenti

Xəbər lenti