...

Azərbaycanın daxili işlər naziri ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib

Siyasət Materials 7 Oktyabr 2010 19:07 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 7-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri, səfir xanım Odri Qloveri qəbul edib.
Azərbaycanın daxili işlər naziri ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib

Azərbaycan, Bakı 7 oktyabr /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 7-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri, səfir xanım Odri Qloveri qəbul edib. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qonağı salamlayan nazir asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçki dövründə polisin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, parlament seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi Tədbirlər Planı hazırlanıb. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası ilə birlikdə "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası" hazırlanaraq çap etdirilib. Kitabçada polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində, eləcə də səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilib.

Seçkilərdə polisin əsas vəzifələrindən birinin seçicilərin, seçki məntəqələrinin və namizədlərin təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu, bununla bağlı zəruri tədbirlərin görüləcəyini, qanunla nəzərdə tutulan bütün vəzifələrin yerinə yetiriləcəyini deyən Ramil Usubov, eyni zamanda, seçki kampaniyası dövründə DİN-in digər əsas vəzifəsinin vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi olduğunu bildirib, bu istiqamətdə də lazımi işlər görüldüyünü nəzərə çatdırb. O da qeyd olunub ki, seçki gününədək 18 yaşı tamam olacaq şəxslərin müəyyən edilməsi və onlara ilk növbədə şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunur və artıq bu kateqoriyadan olanların 99 faizə qədəri şəxsiyyəti təsdiq edən sənədi alıb.

Xanım Odri Qlover səmimi qəbula, ətraflı məlumata və seçkilərə hazırlıqla əlaqədar daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərə görə minnətdarlığını bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlərə də toxunulub.

Xəbər lenti

Xəbər lenti