...

İlham Əliyev Türkiyə Prezidentini ad günü və bu ölkənin Milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 29 Oktyabr 2010 17:05 (UTC +04:00)
İlham Əliyev Türkiyə Prezidentini ad günü və bu ölkənin Milli bayramı münasibətilə təbrik edib
İlham Əliyev Türkiyə Prezidentini ad günü və bu ölkənin Milli bayramı münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Abdullah Gülü ad günü və eləcə də Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar, Türkiyə xalqına firavanlıq və əmin-amanlıq arzulayıb.

Türkiyə Prezidenti təbriklərə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, xalqımıza ən xoş arzularını çatdırıb.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti