...

Azərbaycanın müxalifət partiyası təşkilatlanma problemi ilə üzləşib

Siyasət Materials 5 Fevral 2011 13:07 (UTC +04:00)
Azərbaycanın Aydınlar Partiyasında təşkilati məsələlərlə bağlı problemlər var. Bu barədə şənbə günü Trend-ə partiyanın sədri Qulamhüseyn Əlibəyli bildirib.
Azərbaycanın müxalifət partiyası təşkilatlanma problemi ilə üzləşib

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Aydınlar Partiyasında təşkilati məsələlərlə bağlı problemlər var. Bu barədə şənbə günü Trend-ə partiyanın sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi partiyanın bütün seçki dairələri üzrə təşkilatlanması hələ ki, mümkün olmayıb. Ona görə də növbəti seçkilərə qədər əsasən təşkilatlanma istiqamətində iş aparacaqlar.

Əlibəyli deyib ki, təşkilati problemlərin həlli məsələsinə görə heç bir koalisiyaya qoşula bilmirlər.

"Seçkilərdə müttəfiq olduğumuz Qarabağ Seçki Blokunun siyasi bloka çevrilməsində iştirak etməyəcəyik. Çünki partiyanın siyasi bürosunun seçkilərə qədər heç bir koalisiyaya qoşulmamaq barədə qərarı var. Lakin gələcəkdə həmin bloka qoşulmağımız istisna olunmur", - Əlibəyli əlavə edib.

Aydınlar Partiyası 2008-ci ildə təsis edilib, 2009-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Partiya parlament seçkiləri zamanı Qarabağ Seçki Blokunda mübarizə aparıb.  

Xəbər lenti

Xəbər lenti