...

Afinada Azərbaycan və Yunanıstan arasında enerji əməkdaşlığı məsələləri müzakirə edilib

Siyasət Materials 25 Fevral 2011 19:16 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Baş naziri Corc Papandreu ilə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Afinada Azərbaycan və Yunanıstan arasında enerji əməkdaşlığı məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Baş naziri Corc Papandreu ilə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Cümə günü Məmmədyarov Yunanıstan parlamentinin sədri Filippos Petsalnikos ilə iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətlərinin əhəmiyyətini də müzakirə edib.

Azərbaycan XİN rəhbəri Yunanıstanın xarici işlər naziri Dimitris Droutsas ilə siyasi münasibətlərin inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Azərbaycan və Yunanıstan XİN rəhbərlərinin müzakirələrinin diqqət mərkəzində iqtisadi, mədəni və humanitar məsələlər də olub.

Xəbər lenti

Xəbər lenti