...

Azərbaycanda müxalifətin icazəsiz yerdə keçiriləcək aksiyasının qarşısı alınacaq - DİN

Siyasət Materials 14 Aprel 2011 18:13 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) İctimai Palatanın (İP) aprelin 17-də Bakının mərkəzində keçirəcəyi icazəsiz mitinqin qarşısının alınacağını açıqlayıb.
Azərbaycanda müxalifətin icazəsiz yerdə keçiriləcək aksiyasının qarşısı alınacaq - DİN

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) İctimai Palatanın (İP) aprelin 17-də Bakının mərkəzində keçirəcəyi icazəsiz mitinqin qarşısının alınacağını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə deyib ki, Bakı şəhər İcra Hakimiyyəti paytaxtda kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yer ayırıb.

"Bakı şəhər İcra Hakimiyyəti müxalifət partiyalarına konkret ərazidə mitinq keçirməyə razılıq verib. Qanuni ayrılan ərazidən başqa yerdə keçirilməyə cəhd edilən aksiyanın qarşısı alınacaq", - Zahidov bildirib.

Bakı şəhər İcra Hakimiyyəti İP-nın mitinq keçirməklə bağlı müraciətinə cavab verib. BŞİH "Nərimanov" kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Əvəzində aksiyanın "20-ci sahə" yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

İctimai Palata isə mitinqi aprelin 17-də Sahil bağında keçirməyə qərar verib.

Xəbər lenti

Xəbər lenti