...

Saatlı rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi tikiləcək

Siyasət Materials 12 May 2011 18:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Saatlı rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi tikiləcək

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Saatlı rayon İcra Hakimiyyətinə ilkin olaraq 1(bir) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti