...

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib

Siyasət Materials 13 Sentyabr 2011 15:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülmüş, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıq zolağı genişləndirilib.

Xəbər lenti

Xəbər lenti