...

Slovakiya Milli Şurası "erməni soyqırımı" ilə bağlı qanun layihəsi qəbul etməyib - səfirlik

Siyasət Materials 25 Noyabr 2011 17:38 (UTC +04:00)
Slovakiya Milli Şurası "erməni soyqırımı" ilə bağlı qanun layihəsi qəbul etməyib.
Slovakiya Milli Şurası "erməni soyqırımı" ilə bağlı qanun layihəsi qəbul etməyib - səfirlik

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Noyabrın 24-də erməni KİV-də dərc olunan ("Nouvelles d'Arménie" nəşrinə istinadən) və daha sonra Rusiya KİV-də ("Reqnum" İA və başqaları) yayılan "erməni soyqırımı"nın inkarının kriminallaşdırılması ilə bağlı qanun layihəsinin qəbul edilməsi barədə guya Slovakiya Ali Məhkəməsinin sədri Ştefan Qarabinin verdiyi məlumatla bağlı Slovakiyanın Moskvadakı səfirliyinə bu məlumatı rəsmən təkzib etmək səlahiyyəti verilib.

"Bu qanun layihəsi heç vaxt baxılmaq üçün Slovakiya Milli Şurasına (parlament) təqdim edilməyib, təsdiqlənməyib və bununla da qanun qüvvəyə minməyib. Məlumatda Ştefan Qarabinin vəzifəsinin Baş nazirin müavini kimi göstərilməsi də həqiqətəuyğun deyil", - səfirliyin cümə günü Trend-ə göndərdiyi məlumatında deyilir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.

Xəbər lenti

Xəbər lenti