...

Fransa Konstitusiya Şurası "erməni soyqırımı" ilə bağlı qanunu ləğv etdi (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 28 Fevral 2012 20:20 (UTC +04:00)
Fransa Konstitusiya Şurası çərşənbə axşamı qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Fransa Konstitusiya Şurası "erməni soyqırımı" ilə bağlı qanunu ləğv etdi (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:47-də yayılıb)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Fransa Konstitusiya Şurası çərşənbə axşamı qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Müvafiq məlumat Fransa Konstitusiya Şurasının rəsmi saytında da yerləşdirilib.

Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.

Qeyd edək ki, yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etmişdi. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs vermişdi.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tuturdu.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti