...

İsveç parlamentinin sədri Azərbaycan televiziya kanallarının birində canlı körpüyə qatılacaq

Siyasət Materials 2 Mart 2012 11:52 (UTC +04:00)
İsveç parlamentinin sədri Azərbaycan televiziya kanallarının birində canlı körpüyə qatılacaq. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinini mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
İsveç parlamentinin sədri Azərbaycan televiziya kanallarının birində canlı körpüyə qatılacaq

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Mehdiyev/

İsveç parlamentinin sədri Azərbaycan televiziya kanallarının birində canlı körpüyə qatılacaq. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinini mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, İsveç Krallığında fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyətinin sədri Nadir Hollenbrand martın 1-də ölkə parlamentinin sədri Per Vesterberqlə görüşərək ona Azərbaycana dair məlumat verib.

Görüş zamanı parlament sədrinin Azərbaycan televiziya kanallarının birində canlı körpüyə qatılmasına dair razılıq əldə olunub.

Görüş zamanı Azərbaycan diaspor təşkilatının rəhbəri Riksdaqın sədrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə danışıb.

Parlamentin spikeri Per Vesterberq ətraflı məlumata görə təşəkkürünü bildirib və aldığı informasiyanı həmkarları ilə paylaşacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti