...

Beynəlxalq birlik Suriyadakı zorakılıq qarşısında fəaliyyətsizdir – Ərdoğan

Siyasət Materials 6 Mart 2012 15:42 (UTC +04:00)
Beynəlxalq birlik Suriyada davam edən zorakılıq qarşısında fəaliyyətsizdir.
Beynəlxalq birlik Suriyadakı zorakılıq qarşısında fəaliyyətsizdir – Ərdoğan

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Tağıyeva/

Beynəlxalq birlik Suriyada davam edən zorakılıq qarşısında fəaliyyətsizdir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı xəbər verib.

"Son günlər Suriya hakimiyyətinin təcavüzkar əməlləri antihumanist hərəkətlər xarakteri alıb", - Ərdoğan çərşənbə axşamı bəyan edib.

O, BMT başda olmaqla beynəlxalq birliyin baş verənləri müşahidə etməklə kifayətləndiyini təəssüflə qeyd edib.

Ərdoğan, habelə Humsda ehtiyacı olanlara yardımların çatdırılması məqsədilə humanitar dəhlizlərin açılması, eləcə də Ərəb Dövlətləri Liqasının Dəməşqlə bağlı fəaliyyət planını reallaşdırmaq üçün Suriya hakimiyyətinə təzyiqləri gücləndirməyə çağırıb.

Baş nazir qeyd edib ki, Türkiyə hakimiyyəti Suriya böhranının aradan qaldırılması üçün diplomatik səyləri davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti