...

Azay Quliyev: Demokratiyadan danışan bəzi ölkələrdə azad və dinc nümayişlər gülləbaran edilir

Siyasət Materials 3 Aprel 2012 17:48 (UTC +04:00)
Demokratiyadan danışan bəzi ölkələrdə azad və dinc nümayişlər gülləbaran edilir.
Azay Quliyev: Demokratiyadan danışan bəzi ölkələrdə azad və dinc nümayişlər gülləbaran edilir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Demokratiyadan danışan bəzi ölkələrdə azad və dinc nümayişlər gülləbaran edilir. Trend-in məlumatına görə, bunu Avronest Parlament Assambleyasının (PA) ikinci növbəti sessiyasının Bakıda keçirilən plenar iclasında vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

Quliyevin sözlərinə görə, ondan bir müddət əvvəl çıxış edən Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Styopa Safaryan insan hüquqlarının vəziyyəti ilə bağlı Azərbaycan hökumətinə ünvanlanan əsassız bəhanələr səsləndirib.

"Onun nəzərinə çatdırmaq istəyirəm ki, çıxışında səsləndirdiyi fikirlər tam olaraq əsassızdr. Elə ölkələr var ki, demokratiyadan danışdıqları halda öz ölkələrində azad və dinc şəkildə etiraz aksiyaları keçirən insanları vaxtı ilə gülləbaran etmişdilər", - o deyib.

Onun sözlərinə görə, hər kəs öz mövqeyini səsləndirə bilər, lakin bir çoxları etik normaları da gözləməlidir.

Xəbər lenti

Xəbər lenti