...

Elmar Məmmədyarov “Salzburq triloqiyası” Konfransında çıxış edib

Siyasət Materials 17 Avqust 2012 21:33 (UTC +04:00)
Nazir Elmar Məmmədyarov “Salzburq triloqiyası” Konfransında çıxış etmişdir.
Elmar Məmmədyarov “Salzburq triloqiyası” Konfransında çıxış edib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Avstriyanın Salzburq şəhərində səfərdə olan Nazir Elmar Məmmədyarov "Salzburq triloqiyası" Konfransında çıxış etmişdir. bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Çıxışında nazir davamlı inkişafın təminatı kimi sabit iqtisadiyyatı, davamlı inkişaf üçün təhlükəsizliyi, inkişafın əsas bünövrəsi kimi isə təhsili göstərmişdir.

Həmçinin Məmmədyarov Salzburq torpağının qubernatoru xanım Qabi Burqstaller ilə görüş keçirmişdir. Görüşdə nazir Azərbaycanın regionları ilə Salzburq torpağı arasında əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparmışdır. Avstriyanın musiqi mərkəzi hesab edilən Salzburq ilə mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirən nazir incəsənət xadimlərinin mübadiləsini, birgə mədəni tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif etmişdir.

Elmar Məmmədyarov xanım qubernatoru Azərbaycana səfərə dəvət etmişdir. Burqstaller dəvəti məmnuniyyətlə qəbul etmişdir.

Xəbər lenti

Xəbər lenti