...

Özbəkistan Prezidenti İslam Kərimov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Siyasət Materials 12 Oktyabr 2012 18:11 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti İslam Kərimov cümə günü Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Özbəkistan Prezidenti İslam Kərimov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti İslam Kərimov cümə günü Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

Özbəkistan Prezidenti İslam Kərimov Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistanın dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Özbəkistanın və Azərbaycanın dövlət himnləri səslənib.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Prezident İslam Kərimov Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti