Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sənəddə bildirilir ki, Yan Hamaçek Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilir.