...

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi erməni yalanını ifşa etdi

Siyasət Materials 9 Noyabr 2012 17:36 (UTC +04:00)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və bir sıra Azərbaycan şirkətlərinə məxsus sərgi stendlərində qeyd edilən bu və ya digər təbliğat xarakterli materialların götürülməsi ilə bağlı sərgi təşkilatçılarından hər hansı bir müraciət daxil olmayıb.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi erməni yalanını ifşa etdi

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Cari ilin 5-8 noyabr tarixlərində Londonda keçirilmiş "World Travel Market" beynəlxalq turizm sərgisi ilə bağlı bəzi Ermənistan kütləvi informasiya vasitələrində guya ki, Azərbaycana məxsus stendlərdə bir sıra təbliğat materiallarının erməni tərəfinin tələbi ilə yığışdırılması haqqında yayılmış məlumatlar həqiqəti əks etdirmir və yanlış xarakter daşıyır. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və bir sıra Azərbaycan şirkətlərinə məxsus sərgi stendlərində qeyd edilən bu və ya digər təbliğat xarakterli materialların götürülməsi ilə bağlı sərgi təşkilatçılarından hər hansı bir müraciət daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti