...

Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin fəaliyyət müddəti başa çatır

Siyasət Materials 12 Noyabr 2012 18:02 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xorxe Raballonu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin fəaliyyət müddəti başa çatır

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xorxe Raballonu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Argentina arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Müvəqqəti işlər vəkili Azərbaycandakı fəaliyyətindən razı qaldığını bildirib və Argentinanın ölkəmizlə münasibətlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş zamanı iki ölkə arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Xorxe Raballoya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti