...

Azərbaycan və Litva parlamentləri arasında əlaqələr müzakirə olunub (FOTO)

Siyasət Materials 21 Dekabr 2012 11:00 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Seyminin Xarici əlaqələr komitəsinin sədri Benediktas Yuodka ilə görüşüb.
Azərbaycan və Litva parlamentləri arasında əlaqələr müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Seyminin Xarici əlaqələr komitəsinin sədri Benediktas Yuodka ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Seymə keçirilən seçkilərdən sonra Azərbaycan və Litva parlamentləri arasında əlaqələr, regional və beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurası Parlament Assambleyasinda hər iki ölkənin nümayəndələri arasında əməkdaşlıq, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanla Litva arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün yeni formalaşan Seymin fəallıq göstərməsi və bununla bağlı əlaqələrin koordinə edilməsi barədə razılığa gəlinib.

Qeyd etmək lazımdır ki, hal-hazırda Litva seymində Azərbaycanla dostluq qrupunun 47 nəfər üzvü vardır. Bu rəqəmin artması gözlənilir. Keçən Seymdə dostluq qrupunun 21 nəfər üzvü var idi. Dostluq qrupunun sədri hakim partiya olan Litva Sosial-Demokrat Partiyasının fəal üzvü Yuras Pojela, müavini isə Litva Xristian Demokrat (konservator) partiyasından Mantas Adomenasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti