...

Azərbaycanın yeni səfiri etimadnaməsini Özbəkistan XİN-in nümayəndələrinə təqdim edib

Siyasət Materials 7 Yanvar 2013 17:28 (UTC +04:00)
Azərbaycanın Özbəkistana yeni təyin edilən səfiri Hüseyn Rzaqulu oğlu Quliyev bazar ertəsi etimadnaməsinin surətini Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələrinə təqdim edib.
Azərbaycanın yeni səfiri etimadnaməsini Özbəkistan XİN-in nümayəndələrinə təqdim edib

Özbəkistan, Daşkənd, 7 yanvar /Trend, müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistana yeni təyin edilən səfiri Hüseyn Rzaqulu oğlu Quliyev bazar ertəsi etimadnaməsinin surətini Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələrinə təqdim edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Özbəkistan XİN-in məlumatında deyilir.

Tərəflər görüşdə ötən ilin oktyabrında Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri çərçivəsində əldə edilən razılaşmaların praktiki həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, Özbəkistan-Azərbaycan dialoqu demək olar ki, bütün istiqamətlər üzrə inkişaf edir. İndiyədək iki ölkə arasında 100-dən çox ikitərəfli sənəd imzalanıb.

Tərəflər ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşdirilməsi, qarşılıqlı ticarətin həcminin artırılması və şaxələndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Görüşdə, həmçinin tərəflərin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti məsələləri nəzərdən keçirilib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın Özbəkistandakı diplomatik nümayəndələyinə Namiq Abbasov başçılıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti