...

Ərdoğan: PKK silahı yerə qoymalı, Türkiyə ərazisini tərk etməlidir

Siyasət Materials 9 Yanvar 2013 17:37 (UTC +04:00)
Terrorizmlə mübarizədə Türkiyənin hədəfi terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahı tamamilə yerə qoyması və üzvlərinin ölkədən getməsidir.
Ərdoğan: PKK silahı yerə qoymalı, Türkiyə ərazisini tərk etməlidir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Tağıyeva/

Terrorizmlə mübarizədə Türkiyənin hədəfi terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahı tamamilə yerə qoyması və üzvlərinin ölkədən getməsidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan Nigerə səfəri zamanı bəyan edib.

Onun sözlərinə görə, Türkiyə ölkədə terrorizmlə bağlı məsələnin həlli üçün lazım olan hər şeyi edir. Baxmayaraq ki, PKK yaraqlıları tərəfindən həmin səylər sabotaj edilir.

Eyni zamanda, Ərdoğan qeyd edib ki, Türkiyə üçün terrorizm problemini hər iki tərəfdən ən az sayda qurban olmaqla həll etmək də vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti