...

Ərdoğan: Türkiyə PKK üzvlərinə ölkədən maneəsiz çıxmağa zəmanət verir

Siyasət Materials 11 Yanvar 2013 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının üzvlərinə ölkəni maneəsiz tərk etmələri üçün bütün lazımi şəraiti yaradacaq. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Hürriyət" qəzeti yayıb.

Onun sözlərinə görə, bundan əvvəl Türkiyədə PKK yaraqlılarının ölkə ərazisini tərk edərkən ordunun hücumuna məruz qaldıqları hallar olub. "Bu dəfə Türkiyə PKK üzvlərinin ölkədən təhlükəsiz getməsinə zəmanət verir", - Ərdoğan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti