...

Ərdoğan: Türkiyə PKK yaraqlıları silahı yerə qoyana kimi terrora qarşı mübarizəni davam etdirəcək

Siyasət Materials 16 Yanvar 2013 14:46 (UTC +04:00)
Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının yaraqlıları silahı tamamilə yerə qoymayınca, terrora qarşı mübarizəni inamla davam etdirəcək.
Ərdoğan: Türkiyə PKK yaraqlıları silahı yerə qoyana kimi terrora qarşı mübarizəni davam etdirəcək

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının yaraqlıları silahı tamamilə yerə qoymayınca, terrora qarşı mübarizəni inamla davam etdirəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü TRT Haber telekanalı yayıb.

Onun sözlərinə görə, Türkiyə ölkədə terror probleminin dinc yolla nizamlanmasına mane olmaq istəyən PKK terrorçularının təxribatlarına uymayacaq.

Bundan əvvəl Ərdoğan bəyan etmişdi ki, Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının üzvlərinə ölkəni maneəsiz tərk etmələri üçün bütün lazımi şəraiti yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti