Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov Hiksin başçılıq etdiyi nümayəndə heyətini salamlayıb və Azərbaycan-ABŞ münasibətlərinin inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında, xüsusilə enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Xanım Ketlin Hiks Azərbaycana səfərinin onda dərin təəssürat yaratdığını bildirib. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyanın həyata keçirilməsində verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Hiks ölkəsinin Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı bundan sonra da genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.