...

Litvanın nüfuzlu qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc olunub (FOTO)

Siyasət Materials 19 Yanvar 2013 13:37 (UTC +04:00)
Litvanın ən məşhur və ən nüfuzlu qəzetlərindən olan “Lietuvos zinios” qəzetinin bugünkü sayında Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin müsahibəsi dərc olunub.
Litvanın nüfuzlu qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc olunub (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Litvanın ən məşhur və ən nüfuzlu qəzetlərindən olan "Lietuvos zinios" qəzetinin bugünkü sayında Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin müsahibəsi dərc olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, "Yanvar hadisələri Bakı və Vilnüsü birləşdirir" başlığı ilə dərc olunan müsahibə qəzetin ilk səhifəsində manşetdən verilmiş və 4-cü səhifədə günün aktual mövzusu rubrikasında oxuculara təqdim olunub.

Səfir müsahibəsində 20 Yanvar faciəsindən, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən bəhs edib. O, dönəmin Moskvadakı kommunist partiyası rəhbərlərinin əmri ilə sovet əsgərlərinin tanklarla Bakıya hücumundan bəhs edərək, bugünkü azadlığımıza xalqımızın mərd oğul və qızlarının aqressiya qarşısında öz həyatları bahasına nail olunduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti