Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyə ordusu Mardin vilayətinin Midyat rayonunda terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı geniş əməliyyatlara başlayıb.
Trend "Habertürk" qəzetinə istinadən məlumat verir ki, hərbi əməliyyatlara vertolyotlar, zirehli texnika və qırıcı təyyarələr cəlb olunub.
Hələlik öldürülmüş terrorçular barədə məlumat daxil olmayıb.