...

Ərdoğan: Terrorizm Türkiyəyə 400 milyard dollar ziyan vurub

Siyasət Materials 31 Yanvar 2013 15:12 (UTC +04:00)
Son 30 il ərzində Türkiyəyə terrorizmdən dəyən ziyan 400 milyard dollar təşkil edib.
Ərdoğan: Terrorizm Türkiyəyə 400 milyard dollar ziyan vurub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir A.Tağıyeva/

Son 30 il ərzində Türkiyəyə terrorizmdən dəyən ziyan 400 milyard dollar təşkil edib. Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu barədə cümə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, əgər terrorizm problemi olmasaydı, bu gün Türkiyə inkişafda daha böyük nailiyyətlər əldə edərdi.

"Terrorizm ölkənin bir sıra regionlarının inkişafına mane olur. Lakin Türkiyə mübarizəni uğurla davam etdirəcək və nəticədə bu problem gündəlikdən çıxarılacaq", - Ərdoğan deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti