...

Suriya hakimiyyətilə müxalifət arasında danışıqlar BMT-də başlaya bilər

Siyasət Materials 17 Fevral 2013 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Suriya hakimiyyətilə müxalifət arasında danışıqlar BMT-də başlaya bilər. Trend-in İTAR-TASS-a istinadən yaydığı xəbərdə deyilir ki, bunu BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi bildirib.

"BMT-də Suriya hakimiyyətilə müxalifət arasında danışıqları başlatmaq olar və bu, dialoq və böhranın nizamlanması üçün başlanğıc ola bilər" - Qahirədə Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbilə görüşdən sonra Laxdar Brahimi söyləyib.

Onun sözlərinə görə, Suriya müxalifətinin Milli Koalisiya və İnqilab Qüvvələrinin rəhbəri şeyx Əhməd Muaz əl-Xatıbın irəli sürdüyü təşəbbüs dəstəklənməlidir. "Bu, bir imkandır, dünya ictimaiyyəti də onun müvəffəqiyyəti üçün birgə fəaliyyət göstərməlidir" - deyə Brahimi əlavə edib.

Əlcəzairli diplomat, həmçinin, bildirib ki, Dəməşq artıq münaqişənin sülh yolu ilə həlli üçün dialoqa hazır olduğunu deyib.

"Biz hesab edirik ki, əgər müxalifətlə hakimiyyət nümayəndələri arasında BMT-də dialoq baş tutsa, qaranlıq tüneldən çıxa biləcəyik" - deyən Brahimi belə bir dialoqun qurulması üçün məkan adı çəkməyib.

Xəbər lenti

Xəbər lenti