Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A. Tağıyeva/
Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) iki mindən artıq silahlısını İraqın şimalına göndərməyə hazırlaşır. Bu barədə Trend çərşənbə günü "Haber7" qəzetinə istinadən məlumat verir.
Bu razılıq Ankara və PKK arasında danışıqlar çərçivəsində əldə edilib. Qəzetin məlumatına görə, martın 21-də PKK və Türkiyə arasında silahı yerə qoymaq haqqında yekun razılıq əldə ediləcək.
Yekun razılıq əldə edildikdən sonra PKK yaraqlıları Türkiyə ərazisini tərk edərək İraqın şimalına keçəcəklər.