...

Azərbaycan ilə Mərakeş arasında fövqəladə hallarda əməkdaşlığa dair sazış layihəsi müzakirə olunub

Siyasət Materials 18 Mart 2013 17:10 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Mərakeş Krallığının daxili işlər naziri Mohand Laenseri qəbul edib.
Azərbaycan ilə Mərakeş arasında fövqəladə hallarda əməkdaşlığa dair sazış layihəsi müzakirə olunub

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

FHN-də Mərakeş Krallığının daxili işlər naziri ilə görüş olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Mərakeş Krallığının daxili işlər naziri Mohand Laenseri qəbul edib.

Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat verib. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Qonaq isə öz növbəsində, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti