...

Məsud Bərzani təslim olan PKK yaraqlılarının iş və evlə təmin olunacağını vəd edib

Siyasət Materials 4 Aprel 2013 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Tağıyeva/

İraqın Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani Kürd Fəhlə Partiyasının (PKK) təslim olan yaraqlılarının hamısının ev və işlə təmin olunacağını vəd edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.

Bərzaninin sözlərinə görə, Kürd Administrasiyası yaraqlıların Türkiyə ərazisinidən çıxarılmasını dəstəkləyir və bu prosesin uğurla yekunlaşması üçün öz köməyini göstərməyə hazırıdır.

İraqda Kürd Administrasiyasının rəhbərliyi tərəfindən təslim olan PKK üzvləri üçün artıq iş yerlərinin yaradılması və onların Ərbil şəhərində normal həyata uyğunlaşmaları üçün işlərin görülməsinə başlanılıb", - Bərzani qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl PKK-nın həbsdə olan lideri Abdulla Öcalan təşkilatın üzvlərini təslim olmağa və ölkənin ərazisini tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti