...

Terror aktlarında iştirak etməyən PKK üzvləri Türkiyədə qala bilərlər

Siyasət Materials 9 Aprel 2013 10:43 (UTC +04:00)
Türkiyədə terror aktlarında iştirak etməyən və hər hansı cinayətlə əlaqəsi olmayan terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri ölkədən deportasiya edilməyəcəklər.
Terror aktlarında iştirak etməyən PKK üzvləri Türkiyədə qala bilərlər

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyədə terror aktlarında iştirak etməyən və hər hansı cinayətlə əlaqəsi olmayan terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri ölkədən deportasiya edilməyəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Sabah" qəzeti Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər verir.

Məlumata görə, Türkiyədə terror aktlarında iştirak etmiş PKK-nın 618 üzvü evlərinə qayıda bilərlər və onlara qarşı cinayət işi qaldırılmayacaq.

Cinayətlərdə əlaqəsi olan PKK üzvlərinə gəlincə, onlar İraqın Kürd muxtariyyətinin ərazisinə çıxardılacaqlar. Digər ölkələrin vətəndaşları olan PKK üzvləri isə öz ölkələrinə deportasiya ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti