...

Baş nazir: PKK-nın suriyalı yaraqlıları Türkiyə ərazisini tərk edib

Siyasət Materials 10 Aprel 2013 13:41 (UTC +04:00)
Terorçu Kürd Fəhlə Partiyasının (PKK) Suriya vətəndaşı olan yaraqlılarının böyük hissəsi Türkiyə ərazisini tərk edərək Suriyanın şimalına keçib.
Baş nazir: PKK-nın suriyalı yaraqlıları Türkiyə ərazisini tərk edib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Tağıyeva/

Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) Suriya vətəndaşı olan yaraqlılarının böyük hissəsi Türkiyə ərazisini tərk edərək Suriyanın şimalına keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyıb Ərdoğanın çıxışına istinadən "Hürriyyət" qəzeti xəbər yayıb.

Baş nazirin sözlərinə görə, PKK yaraqlılarının müəyyən hissəsi Türkiyədən Suriyanın şimal ərazilərinə köçürüləcəklər.

Xatırladaq ki, bir müddət əvvəl PKK-nın həbsdə olan lideri Abdullah Öcalan təşkilatın üzvlərini təslim olmağa və ölkənin ərazisini tərk etməyə çağırıb.

Türkiyə höküməti isə öz növbəsində, təslim olan PKK yaraqlılarının ölkədən təhlükəsiz çıxışı üçün şərait yaradacağına söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti