...

DQMM-nin seçki planları məlum oldu

Siyasət Materials 19 Aprel 2013 15:53 (UTC +04:00)
Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) qarşıdan gələn prezident seçkiləri ilə bağlı planları məlum olub.
DQMM-nin seçki planları məlum oldu

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) qarşıdan gələn prezident seçkiləri ilə bağlı planları məlum olub.

DQMM-də rəmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc Trend-ə bildirib ki, DQMM-də razılaşma ondan ibarətdir ki, indiki mərhələdə qurumda təmsil olunan hər bir partiya öz maraqlarına uyğun çıxış edə bilər.

Orucun sözlərinə görə, seçkilərə çox az müddət qalmış seçkilərdə hansı şəkildə iştirak etməklə bağlı məsələ, yəni namizədlik məsələsi gündəliyə çıxarılacaq.

"Həmin müddətə qədər biz vahid platforma hazırlamaq fikrindəyik. Düşünürük ki, əksəriyyətin müdafiə etdiyi namizəd DQMM-nin namizədi kimi seçkilərə qatıla bilər", - Oruc deyib.

Partiya sədrinin sözləriə görə, əgər kimsə bununla razılaşmayacaqsa, öz namizədliyinə israr edəcəksə, onun da ayrılıqda namizədliyini irəli sürməsi və həmin platfomadan da çıxış etməsi tanınacaq.

"Yəni, bu baxımdan biz bu problemli məsələni sona saxlamışıq və indidən onun həlli parametrlərini müəyyənləşdirmişik ki, ya vahid namizəd olacaq, olmayacağı tədqirdə isə kim istəsə öz namizədliyində qala bilər", - Oruc deyib.

Onun sözlərinə görə, DQMM bir qədər praqmatik, yəni indiki dövrdə Azərbaycan cəmiyyəti üçün o qədər də aydın görünməyən bir modellə seçkilərə gedir.

Oruc bildirib ki, DQMM vahid namizəd məsələsini avqustun əvvəllərində müzakirəyə çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti