...

Əhməd Oruc: "El" sözün əsl mənasında hərəkat olsaydı, səs-küyünü eşidərdik

Siyasət Materials 23 Aprel 2013 16:18 (UTC +04:00)
"El" sözün əsl mənasında hərəkat olsaydı, bütün siyasi təşkilatlar bunun səs-küyünü eşidər, "toz-tozanağ"ını uzaqdan da olsa görüb nəsə fikirləşərdi.
Əhməd Oruc: "El" sözün əsl mənasında hərəkat olsaydı, səs-küyünü eşidərdik

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

"El" sözün əsl mənasında hərəkat olsaydı, bütün siyasi təşkilatlar bunun səs-küyünü eşidər, "toz-tozanağ"ını uzaqdan da olsa görüb nəsə fikirləşərdi. Bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

O, hesab edir ki, hazırkı məqamda siyasi səhnədə hər hansı hərəkat yoxdur.

"Görmüşük ki, hərəkat meydanlarda, ölkə boyu formalaşan bir hadisə olsun. Bu hadisənin yüz minlərlə iştirakçısı olur, xalqın dəstəyini qazanır. Amma hazırkı məqamda hansısa hərəkatdan danışmaq yersizdir, çünki siyasi səhnədə belə bir təşkilatlanma, hərəkat görmürəm", - Oruc bildirib.

Onun sözlərinə görə, bir neçə ziyalı bir araya gəlib siyasi proseslərdən kənar, sadəcə ziyalılıq missiyasını yerinə yetirəcəklərini bildiriblər.

"Onlar hakimiyyətə qarşı müxalifətdə durmayacaqları, hamıya eyni gözlə baxacaqları, hətta müxalifət qüvvələrinin koordinasiyasını həyata keçirəcəkləri barədə bəyanatlar da verdilər. Lakin vaxt keçdikcə deyilən sözlərlə əməllərin üst-üstə düşmədiyi sezilməyə başladı. Əvvəlcə "El" hərəkatı təsis olundu, ardınca da Milli Şura yaratmağa cəhd edirlər", - Oruc deyib.

Onun sözlərinə görə, bu Milli Şura tarixdə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxtda formalaşıb.

"İndiki vaxtda Konstitusion quruluşdan kənar, qeyri-hüquqi müstəvidə baş verən prosesləri dəstəkləmirəm. Təəssüf edirəm ki, bəziləri Azərbaycanın hansısa superdövlətlə olan konfliktindən öz şəxsi mənafeyi naminə istifadə etməyə çalışır", - partiya sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti