...

İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Siyasət Materials 23 Aprel 2013 18:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb.

"Monteneqronun Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Monteneqro əlaqələri müvəffəqiyyətlə inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi yolunda atdığımız qarşılıqlı addımlar əməkdaşlığımızın bütün sahələrdə ahəngdar inkişafı üçün daha da geniş imkanlar açır. Bu yaxınlarda qonaqpərvər ölkənizə etdiyim səfəri məmnunluqla xatırlayıram. Ümidvaram ki, birgə infrastruktur layihələrinin gerçəkləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Filip Vuyanoviçə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti