...

Əhməd Oruc: Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmamış bir kinematoqrafçıdır

Siyasət Materials 26 Aprel 2013 18:34 (UTC +04:00)
Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmamış bir kinematoqrafçıdır, siyasi prosesləri dərindən bilmir
Əhməd Oruc: Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmamış bir kinematoqrafçıdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmamış bir kinematoqrafçıdır, siyasi prosesləri dərindən bilmir. Bunu Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc Rüstəm İbrahimbəyovun Milli Şuranın namizədi olmayacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Rüstəm İbrahimbəyov siyasətçi deyil, yəni onun siyasi təcrübəsi, siyasi baxışları tam oturuşmayıb. Kimlərsə hesab edir ki, bu gün Azərbaycanı hansısa ziyalı idarə edə bilər. Bu, çox böyük səhvdir", - Oruc bildirib.

O hesab edir ki, Milli Şura təxribatçı bir ideyadır.

"Onların içərisində Azərbaycanı idarə edəcək lider, intellekt və iradə sahibi görmürəm. Hansısa təcrübələr üçün Azərbaycanı poliqona çevirmək olmaz. Bu, acı nəticələr verə bilər. Çünki Milli Şura ideyasının arxasında duranların heç bir aydın ideoloji prinsipləri və məqsədləri yoxdur", - Oruc deyib.

Orucun sözlərinə görə, görünür, Rüstəm İbrahimbəyov reallıqları dərk edir və bu təxribatçı ideyanın nə ilə nəticələnəcəyini bəri başdan bilərək siyasi ambisiyalarından geri çəkilməyi qərara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti