...

Türkiyə ordusu PKK silahlılarının tərk etdiyi ərazilərdən çıxmaq niyyətində deyil

Siyasət Materials 29 Aprel 2013 13:45 (UTC +04:00)
Türkiyə ordusu terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlılarının yaxın vaxtlarda tərk edəcəkləri ölkənin cənub-şərq regionundan çıxmaq niyyətində deyil. Bu barədə Trend bazar ertəsi Türkiyə Silahlı Qüvvələrinin (SQ) saytına istinadən məlumat verir.
Türkiyə ordusu PKK silahlılarının tərk etdiyi ərazilərdən çıxmaq niyyətində deyil

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyə ordusu terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlılarının yaxın vaxtlarda tərk edəcəkləri ölkənin cənub-şərq regionundan çıxmaq niyyətində deyil. Bu barədə Trend bazar ertəsi Türkiyə Silahlı Qüvvələrinin (SQ) saytına istinadən məlumat verir.

Türkiyə SQ, həmçinin həmin regionda hərbi heyət və texnikanın sayını azaltmağı planlaşdırmır.

Qeyd edək ki, həbsdə olan PKK lideri Abdullah Öcalan daha əvvəl təşkilat üzvlərini silahı yerə qoyaraq ölkə ərazisini tərk etməyə çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti