Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A.Tağıyeva/
Bu gün Türkiyə Nazirlər Kabineti Azərbaycan ilə imzalanmış investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişi ratifikasiya edib. Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.
Məlumata görə, bununla da qarşılıqlı investisiyalar beynəlxalq hüquq normalarına uyğun olaraq qorunacaq.
Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış bu saziş 10 il qüvvədə olacaq.