...

Əhməd Oruc: Kim özünü Napoleon, Hitler elan etmək istəyir, eləsin...

Siyasət Materials 15 May 2013 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Mehdiyev/

Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Milli Şura yaradanlara xəbərdarlıq edib.

"Mayın 28-i saat 11:00-da Məmmədəmin Rəsulzadənin Novxanıdakı heykəli qarşısında tədbir keçirmək istəyirik. Milli Şura yaradanlar da həmin gün ora gələrək guya Milli Şuranı bəyan etmək istəyirlər. Onlara bildiririk ki, biz olan vaxtı onlar da ora gəlməsinlər, ya 11:00-dan tez gəlib getsinlər, ya da bizdən sonra gəlsinlər", - bu barədə Trend-ə DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Milli Şuranın yaradılması prosesinə qarışmaq istəmədiklərini deyən Oruc qeyd edib ki, kim özünü Napoleon elan etmək istəyir, kim Hitler elan etmək istəyir, eləsin:

"Bizi o hay-küyə qarışdırmasınlar. Yəni Milli Şura xatasını bizdən uzaq etsinlər".

Partiya sədri, həmçinin DQMM-in Milli Şuraya qatılmamaq haqqında qərarını da xatırladıb:

"Yəni şəffaf olmayan, maliyyələşdiyi mənbə bəlli olmayan və müxalifəti daha da parçalamağa yönəlmiş, prinsipləri, fəaliyyət metodları bəlli olmayan birliklərdə iştirak etməyi doğru saymırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti